Xəbərlər

"Mənim qəhrəmanım sənsən: COVID-19-a qarşı mübarizə aparan uşaqlar" kitabı təqdim edilib

"Mənim qəhrəmanım sənsən: COVID-19-a qarşı mübarizə aparan uşaqlar" kitabı Dağlıq Qarabağ münaqişəsinin təsirinə məruz qalmış bölgələrdən olan 400-ə yaxın ailəyə və digər həssas qruplardan olan 80 uşağa təqdim edilib.

 

Kitab Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü, USAID və UNICEF-in dəstəyi ilə Azərbaycan dilində çap olunaraq Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən bölgələrdə paylanılıb.

 

ÜST-nin Azərbaycan nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, sözügedən kitab əsasən 6-11 yaşlı uşaqlar üçün nəzərdə tutulub. Kitabın hazırlanmasında məqsəd uşaqlara COVID-19-dan qorunmanın yollarını öyrətmək və sürətlə dəyişən reallıqda çətin emosiyaların necə idarə olunmasını izah etməkdir.

 

Kitabdakı hekayə uşaqlar tərəfindən çox bəyənilib. Bu, COVID-19-la bağlı tövsiyələrdən çox, onlara müəyyən qədər də olsa, gərgin mühitdən ayrılmaq imkanı yaradıb.

 

Qeyd edək ki, kitab Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər təşkilatlar yanında Daimi Nümayəndəliyinin və Ümumdünya Səhiyyə Təşkilatının birgə təşəbbüsü ilə ÜST-nin Azərbaycan nümayəndəliyi tərəfindən tərcümə edilib.

 

Kitabın Azərbaycan dilində tam versiyası: https://bit.ly/2yTc4yx.