Musiqi

Sevinc Nuruqızı. İçərişəhər

Musiqi: Oqtay Rəcəbov

 

Daşlarında gəzişsin,
Gilavarın sığalı.
Bakımın min illərdən,
Gələn şirin nağılı.
Səni çox sevirəm, çox,
Həyatımın, qəlbimin,
Ruhumun iç şəhəri,
Qədim İçərişəhər!

 

Nəqarət:
Susuzluqdan yananda
Dodağın, iç Xəzəri.
Xəzri, əs, al qoynuna,
Mənimlə keç şəhəri.
Çək məni nəfəs kimi,
Köksünə, ey qəlbimin,
Ruhumun iç şəhəri,
Qədim İçərişəhər!

 

Əsrlər naxış salıb,
Torpağına, daşına.
Qız qalası tac kimi,
Qoyulubdur başına
Kim inanar, soruşsa,
Sənin bunca yaşına?
Qəlbimin iç şəhəri,
Qədim İçərişəhər!

 

Nəqarət:
Susuzluqdan yananda
Dodağın, iç Xəzəri.
Xəzri, əs, al qoynuna,
Mənimlə keç şəhəri.
Çək məni nəfəs kimi,
Köksünə, ey qəlbimin,
Ruhumun iç şəhəri,
Qədim İçərişəhər!