Musiqi

Rəsul Rza. Üzüyümün qaşı firuzədəndir

Bəstəkar: Tofiq Quliyev

İfa edir: Rəşid Behbudov

 

Üzüyümün qaşı firuzədəndir
Könlüm açılmayır bu gün nədəndir
Yaman gündə dost əlindən bərk yapış
Dünyanın həvəsi keçib-gedəndir.

 

Bizim bağlar, çöllər - xoş bir tamaşa
Sonalar göllərdə gəzərlər qoşa
Necə çətin olsa, ömrün yolları
Birlikdə yorulmaz, vurarıq başa.

 

Bulud gələr, çiskin çilər, çən eylər,
Yar yarından ayrı düşsə qəm eylər
Sevgilimdən necə qalım aralı,
Bir baxışla qəlbə yüz məlhəm eylər.