Xəbərlər

Fevralın 26-da paytaxt məktəblərində ilk dərslər Xocalı soyqırımının ildönümünə həsr ediləcək

Fevralın 26-sı ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərində ilk dərs və məşğələlər Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr ediləcək. Bununla bağlı Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı təsdiq edilib.

 

Bu barədə AZƏRTAC-a Təhsil İdarəsindən məlumat verilib. Bildiirlib ki, Tədbirlər Planının təsdiq edilməsi barədə əmrə əsasən, karantin rejiminin tələbləri nəzərə alınmaqla təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş onlayn tədbirlər keçiriləcək. Həmçinin Bakı şəhərində Xocalı faciəsinə dair virtual rəsm müsabiqəsi və sərgilərin təşkil edilməsi nəzərdə tutulur.