Təbiət

Kiçik pinqvin Eudyptula minor

Kiçik pinqvin Eudyptula minor günümüzdə yaşayan bütün pinqvinlərin ən kiçik növüdür. Bədən uzunluğu 30-40 sm, çəkisi isə təxminən 1,5 kq-dır. Yaşayış arealı əsasən Cənubi Amerika və Yeni Zelandiyanın sahil ərazilərini əhatə edir. Kiçik pinqvinlərin ümumi sayı 1 mln başdır.

 

Kiçik pinqvinlərin başı, bel nahiyəsinin üst hissəsi və qanadları mavi rəngdədir. Arxa nahisəsi tünd rənglidir, demək olar ki, qaradır, sinə və ayaqların üstü açıq boz və ya ağdır. Dimdikləri tünd-boz, 3-4 sm uzunluğundadır.

 

Ayaqlarının yuxarı hissəsi açıq çəhrayı rəngdədir. Gənc quşlar daha qısa dimdiyə sahibdir və rəngi daha açıqdır.

 

Kiçik pinqvinlər əsasən kiçik balıqlar, molyusk və bəzən isə osminoqla qidalanırlar. Kiçik pinqvinlər 3-30 metr, maksimal olaraq isə 60-70 metr üzə bilirlər.

 

Uzun müddət, bəzən ömür boyu bir-birlərinə sadiq qalan cütlük şəklində yaşayırlar.Yumurtaların inkubasiyasında hər iki valideyn iştirak edir.