Gənc Tamaşaçılar Teatrı mart repertuarını açıqlayıb
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mart ayı üçün nəzərdə tutulan repertuarı maraqlı tamaşalarla zəngindir.
AZƏRTAC repertuarı təqdim edir:
6 mart - ”Uzuncorab Pippi”, “Ana”
7 mart - ”Şelkunçik”, “İtalyansayağı xoşbəxtlik”
13 mart- ”Tıq-tıq xanım”, “Ağ ölüm”
14 mart - ”Yatmış gözəl”, “Xortdanın cəhənnəm məktubları”
20 mart - ”Göyçək Fatma”, “Müsyö Jordan və Dərviş Məstəli şah”
21 mart - ”Dörd əkizin nağılı”, “Pəri Cadu”
27 mart - ”Buratinonun macəraları”, “Dəlinin qeydləri” (monotamaşa)
28 mart - ”Tıq-tıq xanım”, “Cəza” (monotamaşa)
Qeyd edək ki, səhnə əsərləri müvafiq olaraq 12:00 və 18:00-da sənət ocağının sosial şəbəkələrdəki hesabları vasitəsilə nümayiş ediləcək.
04.03.2021