Yumor

Hər şeydən vacib sağlamlıqdır

Əliş artıq neçənci dəfədir ki, imtahan verir və pis qiymət alır. Valideynləri həyəcanla sinfin qapısında gözləyirlər ki, Əliş bu dəfə imtahandan neçə qiymət alacaq… Nəhayət, qapı açlır, Əliş bayıra çıxır. Ana həyəcanla soruşur:


- Nə oldu oğlum, imtahan verə bildin?


Ata da dözə bilməyib eyni sualı verir. Əliş onları sakitləşdirmək istəyir:


- Sakit olun, nə olub sizə, həmişə özünüz deyirsiz ki, hər şeydən vacib sağlamlıqdır!