Nağıllar, hekayələr

Rafiq İsmayılov. Cırcırama

Yəqin ki, siz isti yay günlərində çəmənlikdə cırcırama səsi eşitmisiniz. Çoxları elə bilir ki, o da quş kimi oxuyur. Amma belə deyil. Cırcırama öz möhkəm qanadlarını bir-birinə sürtməklə səs salır.

 

Cırcırama dünyanın ən qarınqulu böcəyidir. Elə cırcırama var ki, iki saat ərzində qırx milçək yeyir. Ziyanverici həşəratları məhv etməklə o, təbiətə xeyir verir.

 

Cırcıramanın səsini çoxları eşidib, amma özünü az adam görüb. Çünki o, bütün gününü uçuşda keçirir, bir saatda yüz kilometr uça bilir. Bir neçə saniyə ərzində cırcırama aşağıda, yuxarıda, sağda, solda ola bilir.

 

Gözlərinin quruluşu çox maraqlıdır. Hər gözündə çoxlu balaca gözcük var. Bu gözcüklərin hərəsi bir şeyi görür. Biri uzağı, biri yaxını, biri yuxarını, biri aşağını, başqa birisi də rəngi seçir. Bu cür görmə qabiliyyəti ona balaca həşəratları tez tapıb ovlamaqda kömək edir.

 

Çox qəribədir ki, cırcıramalar nəsil artırmaq üçün yumurtalarını suya qoyur. Sürfələr suda böyüyür. Onlardan yeni cırcıramalar yaranır.