Təbiət

Torpağın dili göbələyi

"Torpağın dili" kimi tanınan Geoglossum Cookeianum göbələyi qeyri-adi görünüşə sahib olan, qida üçün yararsız, kiçik bir göbələk növüdür. Göbələk kiçik bir yastı topa və ya uzaqdan bir dilə bənzəyir. Göbələk üçün qeyri-adi olan qara rəng bu göbələyi yoldaşlarından asanlıqla fərqləndirir. Nəmli havada göbələk parlaq, yapışqan və sürüşkən olur.


Bu qeyri adi göbələk ümumiyyətlə alçaq ot örtüyü olan çəmən çöllərində, əkilməmiş çəmənliklərdə, qumlu və daşlı torpaqlarda qrup şəklində bitir.


Yosunla örtülmüş nəmli torpağa üstünlük verir.


Daşlı və ya qumlu torpaq - göbələyin böyüməsi üçün əlverişli məkandır. Bəzən çürüyən ağac üzərində də bitir.


Bir qayda olaraq, qrup şəklində, 10-a qədər göbələk bir araya gəlib "cadılar dairəsi" meydana gətirərək böyüyürlər. Göbələyinin inkişafı əsasən avqust-noyabr aylarında baş verir.

 

Göbələyi yerdə ayırd etmək çox çətindir. Uzaqdan qurumuş bir budaq ilə səhv salmaq olar. Yalnız yaxınlaşaraq bu meşə möcüzəsini öyrənə və diqqətlə ayırd edə bilmək mümkündür.

 

Aldatıcı geoglossumun gövdəsinin hündürlüyü 3-7 sm arasındadır, qalınlığı isə 0,3-0,7 sm-dir, ləti yumşaqdır, xüsusi qoxusu yoxdur. 

 

Qida üçün yararsızdır.