Bu maraqlıdır!

Qırmızı qumlu Simpson səhrası

İngilis Styort Çarlz (1795-1869) 1845-ci ildə Avstraliya valisinin tapşırığı ilə təmiz su axtarmaq məqsədilə qitənin mərkəzi hissəsinə ekspedisiya təşkil edir. Beləcə, 1926-cı ildə xəritə tərtib edilərkən adı Arunta Səhrasına dəyişdirilən "Stert" səhrası kəşf edilir. Və yalnız sonra, 1929-cu ildə geoloq Sesil Mediqan təyyarə ilə ərazini müşahidə etdikdən sonra səhranı Allen Simpsonun şərəfinə adlandırmışdır. 


Simpson səhrası — Avstraliyanın mərkəzində yerləşən, Şimal Əraziləri, Kvinslend və Cənubi Avstraliya ştatları ərazilərini əhatə edən qırmızı qumlu səhradır. Ərazisi 143 min. km² təşkil edir. Qərbdən Finke çayı, şimaldan Mak-Donnel silsiləsi və Plenti çayı, şərqdən isə Mulliqan və Dayamantina çayları, cənubdan Eyr gölü ilə əhatə olunub.


1960-1980-ci illərdə səhrada nəticəsiz neft axtarışları aparılmışdır. XX əsrin sonlarından etibarən səhraya turistlər cəlb edilir.

 

Səhranın ərazisində Dyunlər silsilə şəkildə uzanır. Cənub-qərbdə qumlu-gillicəli, Eyr gölü hövzəsində isə gilli suxurlara sahibdir. Dyunların hündürlüyü 20-37 metr təşkil edir. Bu silsilələrin uzunluğu bəzi yerlərdə 160 km-dir. Kserofit kolluqlara sahibdir.

 

Simpson səhrası bir çox nadir səhra canlılarının son sığınacağıdır. Bu yerlərdə bitki örtüyü nadirdir və quraqlığa davamlıdır. Tipik olaraq, burada bitən ağac növü - akasiya və evkaliptdir.

 

Heyvanlardan, digər çöllərdə olduğu kimi, gəmiricilər və kərtənkələlərə daha çox rast gəlinir. Avstraliya faunasına xas olan kisəli heyvanlar: kisəli siçanlar, böyük qırmızı kenquru, həmçinin vəhşi dəvələr və dingo itlərinə də Simpson Çölündə rast gəlmək mümkündür. Səhra səmasında qartallar uçuşur. Akasiya kolluqlarında daha kiçik quşlara rast gəlinir, bunlar tutuquşular, qaranquşlar və kakatulardır. 

 

1967-1977-ci illərdə səhra ərazisində bir neçə qorunan ərazi yaradıldı. Bunlardan ən böyüyü Simpson Səhrası Milli Parkıdır. Ərazisi 10-120 km²-dır. Digərləri: Simpson Səhrası Qoruma Milli Parkı, Cənubi Avstraliya, 1967 il, 6927 km, Simpson Səhrası ərazi qoruğu, Cənubi Avstraliya, 1988 il, 29 642 km², Vidcir Milli Parkı, Cənubi Avstraliyanın şimalı, 1985 il 7770 km².

 

Səhrada yanvar ayının orta temperaturu 28—30 °С, iyul ayının isə — 12—15 °С təşkil edir. Şimalında yağıntının miqdarı 130 mm-dir. Səhradan Todd, Plenti, Heyl, Hey adlı kiçik çaylar axır.

 

Əhalinin böyük qismi Böyük Artezan hövzəsində yayılmışdır. 

 

Milli parkın rəsmiləri səhraya istirahətə gələn həvəskarlara səyahətləri üçün payız fəslini seçməyi məsləhət görürlər. Bu dövrdə təbiət daha əlverişli olur: istilik azalır, nəm çoxalır və istirahət daha rahat olur.