Bu maraqlıdır!

Dünyanın ən qədim kitabları

Yazı və ədəbiyyat eramızdan əvvəl VII və IV minilliklər arasında meydana gəlmişdir. Mətnin yazılması üçün gil, ipək, keramika, papirus və hətta qızıl da daxil olmaqla müxtəlif materiallardan istifadə edilmişdir.


Dünyanın ən qədim kitabları:

 

Qutenberq İncili - Təxmini yaşı: 559


42 sətirlik İncil (səhifə başına sətir sayı) olaraq da bilinən bu kitab, dünyanın ən bahalı İncili kimi Ginnesin Rekordlar Kitabına daxil edilmişdir. Bir çoxları tərəfindən dünyanın ilk çap olunmuş kitabı kimi qəbul edilir. Əslində bu belə deyil. Qutenberqin yaratdığı kitab ilk çap olunmuş nəşrlərdən biridir. Mükəmməl dizayn keyfiyyəti ilə digər ink-kitablarından fərqlənir. İlk nüsxələri 1454-1455-ci illərdə Almaniyanın Mainz şəhərində Cohan Qutenberq tərəfindən çap edilmişdir. Təxminən 48 orijinal nüsxə məlumdur.

 

Kelt Zeburu- Təxmini yaşı: 938

 

Bəşər tarixinin ən qədim kitablarından biri - Edinburq Universitetində saxlanılan bir cib zeburudur. Eramızın XI-ci əsrində yaradıldığına inanılır. Kelt zeburu çox vacib bir insan üçün yaradıldığına inanılır. Kitabın bəzəklərinin "İngilis Vinçester" üslubunda hazırlanması, kitabın Anglo-Sakson kral ailəsindən gələn Şotlandiyanın Müqəddəs Marqaretin şərəfinə hazırlandığı güman edilir.

 

Almaz Sutra - Təxmini yaşı: 1150


Buddistlərin müqəddəs bu mətni - dünyanın ikinci ən qədim çap olunmuş kitabdır. Buddistlərin Şərqi Asiyada ən çox istifadə etdikləri müqəddəs kitab da sayılır. "Almaz Sutra" XX əsrin əvvəllərində Çindəki Mogao Mağaralarında aşkar edilmişdir. Kitabda budda Şakyamuninin fikirləri yer almışdır. İndi dünyanın ən qədim kitablarından biri Britaniya Muzeyində saxlanılır, lakin ziyarətçilərə təqdim olunmur. İşıq onun üçün dağıdıcıdır, buna görə yalnız İnternetdə yerləşdirilən fotoşəkillərə baxa bilmək mümkündür.

 

Siddur - Təxmini yaşı: 1178

 

2013-cü ildə kəşf edilən qədim, yəhudilar üçün müqəddəs kitab sayılan "Siddur", təqribən 840-cı ilə aiddir. 40.000 müqəddəs mətni ehtiva edən bu perqament o qədər qədimdir ki, orada Babil saitləri belə vardır, bu da mütəxəssisləri, kitabı Qaonların (Yəhudi xalqının mənəvi liderləri) Babildəki fəaliyyət dövrlərinə aid etmələrinə imkan verir.

 

Kelt kitabı - Təxmini yaşı: 1218 

 

Kelt kitabı və ya Kolumb kitabı, İrlandiyanın Dublin şəhərində yerləşən Trinti kollecinin kitabxanasında saxlanılır. Eramızın 800-cü illərində Kelt rahibləri tərəfindən yaradıldığına inanılır. Kitab rəngli miniatürlər və bəzək əşyaları ilə təmtəraqla bəzədilib və Latın dilində dörd İncili özündə cəmləşdirir. Çoxsaylı bəzək əşyaları olduğu üçün bəzi səhifələrdəki əlyazmanın mətnini ayırd etmək çətindir. Güman edilir kı, kitab ilahi xidmətlər üçün oxunması nəzərdə tutulmamışdır. 

 

Kutbert İncili - Təxmini yaşı: 1320

 

Avropanın ən qədim bu kitabı, 2012-ci ildə İngilis Kitabxanası tərəfindən 9 milyon funt sterlinqə alınan Müqəddəs Kutbert İncilidir. Kitab erkən İngilis xristian liderlərindən biri olan müqəddəs Kutbertin məzarına qoyulmuş bir hədiyyə idi. Eramızın 698-ci ilinə aiddir. Daha sonra, kitab, müqəddəsin qalıqları ilə birlikdə Vikinlər tərəfindən məhv edilməməsi üçün Darem kasedralına gətirilmişdir.

 

Naq Hammadi yazıları- Təxmini yaşı: 1693

 

Dünyanın ən qədim kitabxanalarının birində, 1945-ci ildə Misirin Naq Hammadi kəndində kəşf edilmiş 13 dəri papirus kodeksi saxlanılır. Qnostik mətnləri özündə cəmləşdirən kitablar eramızın dördüncü əsrinin birinci yarısına aiddir. Erkən xristian dönəminə aid olan 1693 illik, Koptik dilində yazılmış, bu yazılar hazırda Misirin Qahirə şəhərindəki Koptik Muzeyində saxlanılır.

 

Qızıldan Pirgi lövhələri - Təxmini yaşı: 2500

 

Qızıldan olan 2500 yaşlı Pirgi lövhələri İtaliyanın antik şəhəri Pirgidədir. Roma Etrusk muzeyində mühafizə olunur.


Üç qızıl lövhə 1964-cü ildə İtaliyanın Pirgi şəhərində, qədim Etruscan limanındakı bir ziyarətgahda aparılan qazıntılar zamanı aşkar edilmişdir. Kenarları boyunca dəliklər var və elm adamları plitələrin bir zamanlar bir-birinə bağlı olduqlarına inanırlar. İki lövhədə Etrusk dilində, birində Finikiya (Punik) dilində mətn var. 

 

Ölülər kitabı

 

Qədim Misir mətnlərinin bu mistik kolleksiyasında mərhumun axirət həyatını yüngülləşdirməsi lazım olan dualar, tərənnümlər və təriflər yer alır. “Ölülər kitabı” başlığı, Misirşünas Karl Lepsius tərəfindən icad edilmişdir, lakin kolleksiyanın daha dəqiq bir adı var: “Gün işığına çıxma fəsilləri”. Eramızdan əvvəl VI-I əsrlərdə yaradılmışdır. Mətnlərin əksəriyyəti papirius üzərində yazılmış və ölülərin dəfn səhnələrini və axirət dünyasını əks etdirən əla rəsmlərlə bəzədilmişdir. 


Ən əhəmiyyətli papiruslar Britaniya Muzeyində saxlanılır.

 

Mesopotamiya lövhələri- Təxmini yaşı: 5000

 

Alimlər, qədim müdriklərin vacib məlumatlar yazdıqları yazılı Mesopotamiya gil lövhələri ilk qədim kitablar sırasına daxil edirlər. Hər bir belə möhkəm lövhə xüsusi bir saxlama qutusuna qoyulurmuş.


Eramızdan əvvəl VII əsrdə hökm sürən Aşşur kralı Aşurbanipal belə bir gil kitabxananın ilk sahiblərindən biri idi. Onun kolleksiyasına riyaziyyat, tibb, tarix, coğrafiya - müxtəlif bilik sahələrində on minlərlə kitab daxil idi.


Onun hakimiyyəti dövründə kral sarayının əzəmətini tamamilə məhv edən ciddi bir yanğın baş verdi, lakin gil kitablara heç nə olmadı. Aşşur və Babil mütəfəkkirlərinin ədəbi əsərləri bu günümüzə qədər gəlib çatmışdır ki, bu əsərlər - dünya ədəbiyyatının qızıl fondu sırasında yer alırlar.