Xəbərlər

Tədris digər dillərdə aparılan birinci siniflərə məktəb seçiminə başlanılır

İyunun 24-ü saat 11:00-dan tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələrdən uğurla keçən uşaqlar üçün məktəb seçimi mərhələsi aktiv ediləcək.

 

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, valideynlər (qanuni nümayəndə) www.mektebeqebul.edu.az portalında “Şəxsi kabinet”lərinə daxil olaraq müsahibələrdən uğurla keçən övladları üçün seçdikləri məktəbə sorğu yerləşdirə bilərlər.