Bu maraqlıdır!

Otlarla müalicə

Dünyanın bir çox ölkələrində xüsusilə Çin və Hindistanda müalicə üçün dərmanlar əsasən bitkilərdən hazırlanır. İnsanlar 100000 ildən çoxdur bitkilərlə müalicə olunurlar. Hələ eramızdan 3000 il əvvəl çinlilərə 350-dən çox müalicə bitkisi məlum idi. Hazırda Çində 5000-ə yaxın, Hindistanda, Cənub-Şərqi Asiyada 8000-dən çox dərman bitkisindən istifadə olunur.


Söyüd-Aspirin


Çox əvvəllər insanlar ağrını azaltmaq üçün söyüd qabıqlarını çeynəyirlərmiş. Sonralar söyüdün qabığından və otlardan indiki aspirinin əsasının təşkil edən dərman hazırladılar. Topulqa latınca “spire” deməkdir. Bundan sonra aspirin sözü yaranıb. 


Bambuq 


Bambuq-ən faydalı vəhşi halda bitən bitkidir. Ondan kağız alınır, ev tikilir, mebel, qəlyan, boru, fırça və bir çox başqa əşyalar düzəldilir. Bəzi bambuq növləri qida kimi istifadə olunur. 


Rafiya


Tropik Afrikada bitən  rafiya palmasının cavan yarpaqlarından təbii lif alınır. Rafiya müxtəlif sahələrdə, o cümlədən səbətlərin hörülməsində istifadə olunur.


Qızdırmanın dərmanı 


Cənubi Amerikanın Andlarında bitən kinə ağacından alınan kinə qızdırma xəstəliyinin profilaktikasında və müalicəsində əsas vasitədir. Kinə tapılana qədər qızdırmadan hər il 2 milyon adam ölürdü. 

 


Baş ağrısı dərmanı


Qız piretrumunun aşındırıcı şirəsi var və o, qızçiçəyi fəsiləsinə aiddir. Qədimdən onun vasitəsilə baş ağrısını və isitmə xəstəliklərini müalicə edirdilər.


Ballıca


Ballıcanın tünd qırmızı və ya fırfır rəngli gülləri, çil-çil yarpaqları var. Astma və katar xəstəliklərinin müalicəsində ondan istifadə edirlər. Bu bitkidən alınan efedrin dərmanı ilə astma və saman qızdırmasını müalicə edirlər. 


Koka və kola


Bütün dünyada məşhur olan köpüklü içki Cənubi Amerikada bitən koka və kola bitkilərinin şirəsindən hazırlanır. Kolanın toxumları kofeinlə zəngin olduğu üçün tənzimləyici vasitədir. Kokadan güclü ağrıkəsici dərman alınır və ondan stomatologiyada istifadə olunur.


Xanımotu


Xanımotunun parlaq, çoxzəhərli şirəsi var. Bununla belə ondan “atropin” dərmanının hazırlanmasında istifadə olunur. Tibbi müayinə zamanı atropin göz bəbəklərini genişləndirir.