Bu maraqlıdır!

Bakının ilk teatr binası

Oxuyurlar, oynayırlar, ictimai məsələləri yumoristik formada indanlara çatdırırlar. Və bunların hamısı H.Z.Tağıyevin teatrında baş verir. Bakının ilk teatr binasında.

 

Teatr binasının inşasına 1882-ci ildə başlanıb və növbəti ilin sonu tamamlanıb. Layihəyə mühəndis Ferdinand Lemkul başçılıq edirdi.

 

1908-ci il yanvarın 25-də isə müsəlman Şərqində opera janrının əsasının qoyan Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" əsərinin ilk tamaşası bu teatrın binasında olub.

 

2013-cü ildə əsaslı təmir və bərpadan sonra bina yenidən istifadəyə verilib.