Xəbərlər

Milli Mətbuat Günü münasibətilə onlayn viktorina keçiriləcək

F.Köçərli adına Respublika Uşaq Kitabxanası 22 iyul - Milli Mətbuat Günü münasibətilə onlayn viktorina keçirəcək.

 

AZƏRTAC xəbər verir ki, əsas məqsəd Azərbaycanda milli mətbuat tarixinin keçdiyi şərəfli yolu öyrətmək və gənclər arasında bu sahəyə maraq oyatmaqdır.

 

Viktorinanın sualları iyulun 22-də saat 14:00-dan 14:30-dək Respublika Uşaq Kitabxanasının www.clb.az  internet ünvanında, feysbuk və instaqram sosial şəbəkələrindəki profillərində yayımlanacaq. Oxucular 30 dəqiqə ərzində suallara cavabı Respublika Uşaq Kitabxanasının [email protected] , [email protected] , [email protected]  poçt ünvanlarına göndərməlidirlər.

 

Qalibə kitabxana tərəfindən dünya və Azərbaycan ədəbiyyatından 3 kitab hədiyyə ediləcək.

 

Onlayn viktorinanın qalibi haqqında məlumat kitabxananın sosial şəbəkələrdəki hesabları vasitəsilə açıqlanacaq.