Xəbərlər

26 İyul - Əmilər və Xalalar günü kimi qeyd edilir

Analar Günü ilə başlayan və daha sonra Atalar, Oğullar, Qızlar, Nənələr və Baba günləri ilə tamamlanan, ailəyə və dostlara həsr olunmuş bayram siyahısına yenisi – Əmilər və Xalalar Günü əlavə edildi.

 

Beləliklə, hər il 26 iyul – Əmilər (Dayılar) və Xalalar (Bibilər) günü kimi qeyd olunur.


Əmi və ya xala ilə yaş fərqi çox olmayan bir çox yeniyetmələr, onları “yoldaş”, hətta “böyük qardaş” və “böyük bacı” kimi qəbul edir. Ata, anadan fərqli olaraq onlarla münasibət qurmaq daha asan gəlir.

Bəzi hallarda, həyatlarında çətinliklərlə üzləşdikdə, çətin anlarda əllərini çiyinlərinə qoyacaq və ya çətin bir suala cavab verəcək insanlar məhz – Əmi (Dayı) və Bibidir (Xala). Elə də olur ki, valideynlərini itirmiş körpə və ya yeniyetmələr, uşaq evlərində, yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün internat məktəblərdə qalma ehtimalı ilə qarşılaşırlar. Belə bir vəziyyətdə kömək edə biləcək və qəyyum - qanuni nümayəndə halına gələn, valideynlərin yerini tuta biləcək ilk insan Əmi və ya Bibidir. Əksər vaxtlarda yetim uşağı böyütmək, ona həyat və təhsil üçün rahat şərait təmin etmək məsuliyyətini məhz onlar daşıyırlar.


Həm də maraqlıdır ki, bir çox mədəniyyətlərdə tanış olan yaşlı insanlara, ailənin bir üzvü olmasa belə, hörmət mənasında adının qarşısına "əmi" və ya "xala" prefiksi əlavə olunur.


Bu bayramın qurucuları məhz bu gün - Dayıları (Əmiləri) və Xalaları (Bibiləri) unutmamağı və təbrik edərək isti sözlər və istəklər ifadə edərək telefonla zəng etməyi təklif edirlər!