Bu maraqlıdır!

Yalan

Yalan, hiylə, kələk nədir? Bu sualın cavabında dürüst olaq: bu, əslində bizi əhatə edən, özümüzün və övladlarımızın gündəlik rastlaşdığı bir şeydir. Uşaqlarının yalan danışdığını görən valideynlər tez -tez çaşıb qalır və təsnifat aparmağa başlayırlar-fantaziya,uydurma,yalan. Amma bunun bir mənası varmı? Yoxsa ən yaxşısı yalanın səbəbini anlamaqdır?


Nə etməli?


- Danışmalı! Uşaqla etibarlı münasibətlər qurmalı. Onun özünü eşitməyə çalışın, belə etməklə onun yalanının kökünü axtarıb tapa biləcəksiniz.


- Qoy  ailənizdə cəzalandırılacaq yeganə şey yalan olsun.  Yəni əsas hərəkətin özü deyil, onun gizlədilməsidir.


- Öz həyatınızdan “Yalan ayaq tutar,yeriməz” mövzusuna dair əhvalatlar danışın. Vaxtilə özünüzün də yalan danışdığınızı və bu yalanın üstü açılandan sonra necə peşman olduğunuzu etiraf etməkdən utanmayın.


- Dinləyə-dinləyə danışın! Bu, uğurun rəhnidir!


- Düz danışdığına görə danlamayın! Etdiyi hərəkətə görə qınaya bilərsiniz, amma bununla yanaşı yalan danışmadığına görə tərifləyin.


- Özünüzü təhlil edin! Bəlkə kifayət qədər diqqətli olmamısınız və lazım olan sualı vaxtında verməmisiniz, uşaq isə susmağa üstünlük verib? Sözünü axıradək deməmək və yalan söyləmək ayrı-ayrı şeylərdir!


- Uşağın yalanını ailədən kənar birisi açıbsa, əvvəlcə səbəbləri araşdırın. Uşağınızı günahlandırmamışdan əvvəl həqiqəti öyrənməyə çalışın.