Təbiət

Bizim üçün ən vacib bitkilər

İnsanların yemək üçün istifadə etdikləri 12000 bitki məlumdur. Onlardan 150-si kənd təsərrüfat bitkisidir, yəni onlar süni yetişdirilir. Ən vacibləri ot bitkiləri - dənli bitkilərdir: buğda, çəltik, qarğıdalı, arpa, darı, çovdar, yulaf, kalış. Onlar bütün dünyada adamların yem normasına daxildir. Kökü meyvəli bitkilər də geniş yayılıb. Mülayim iqlim zonasında kartof, tropiklərdə şirin kartof, batat, maniok yetişdirilir. Bu bitkilər karbohidratlarla, paxlalı bitkilər isə proteinlərlə zəngindir. Paxlalı bitkilər: noxud, lobya, soya, paxla, mərcimək, yerfındığı. 


Şirin ağac


Şəkər ağcaqayınının  şirəsini şərbət düzəltmək üçün yığırlar. Onu əsasən Kanadanın Kvebek əyalətində istehsal edirlər.


Şəkər bitkiləri


Şəkərin əsas mənbəyi şəkər qamışının gövdəsidir. Bu hündürboylu bitki tropik ölkələrdə yetişir. Mülayim iqlimli zonalarda (əsasən Avropada) şəkər çuğunduru becərilir. 


Kartofun vətəni çoxlu miqdarda kartof növlərinin hamısının kökü vəhşi kartofdur. Onun vətəni isə Cənubi Amerikada And dağlarıdır. Hindu qəbilələri ondan ərzaq kimi istifadə edir.


Yağ bitkiləri


Bir çox bitkilərin toxumları yağla zəngindir. Zeytundan, günəbaxandan, qarğıdalıdan, soyadan, yerfındığından, papsdan, küncütdən, Afrika yağ palmasından qida yağları alınır. 


Kako ağacı


Bu nadir ağac cənubi Amerikada, Şərqi Andlarda bitir. Qabıq adlanan kako meyvəsi budaqların yan tərəflərində əmələ gəlir. Hər qabıqda 20-30 kako dəni olur. Dəni yığır, fermentləyir, qovurur və üyüdürlər, sonra ondan şokolad düzəldirlər. Hazırda kako əsasən Qərbi Afrikada və Karib dənizi hövzəsi ölkələrində yetişir.