Bu maraqlıdır!

Ailədə ünsiyyət problemi

Uşaqlar hər şey kimi ailədə yaşadığı ünsiyyət problemini də şəkillərlə ifadə edirlər.  Ailədaxili ünsiyyətdə problemlər, valideynlərdən birinin olmaması və ya valideynlərin bir – biri ilə  yola getməməsi çox zaman uşaqların  çəkdiyi şəkillərdə açıq – aşkar ifadə olunur.  Bu kimi problemlərlə üzləşən uşaqlar adətən ailə şəkli çəkməkdən imtina edirlər. Onların dünyasında normal ailə təsəvvürü olmadığına görə nə çəkəcəklərini bilmirlər.

 

Ailədə boşanma, ailə üzvlərindən birinin evdən ayrılması və ya bəzi məişət problemlərinə görə çox işləyib uşaqları ilə az vaxt keçirən ana – atanın mənəvi yoxluğu kimi hallarla üzləşən və ailə şəklini çəkməyi qəbul edən uşaqlar  əksər hallarda ailə fərdlərinin bəzilərini çəkmir, yaxud da bütün fərdləri rəsm edir, amma onların arasında ev, ağac, televizor ,yol, uzun binalar və ya körpülər çəkir.

 

Ailədaxili ünsiyyət problemi yaşayan uşaqlar ev şəkillərini çox vaxt tünd rənglərlə, pəncərələri boyalı, kiçik və örtülü, qapıları qəhvəyi və ya qara rəngli, pilləkənsiz, həyəti dümdüz, ətrafı isə gül – çiçəksiz çəkirlər.