Təbiət

Yeyilən bitkilər

Mülayim iqlimli ölkələrdə alma, armud, üzüm, gavalı, qırmızı və qara qarağat, çiyələk, moruq, böyürtkən, krıjovnik, isti ölkələrdə sitrus meyvələri: limon, qreypfrut, portağal, narıngi, həmçinin, ananas, yemiş, xurma, əncir, koks qozu, manqo, papaya, quava və s. meyvələr yeməlidir. Bir sıra bitkilərin meyvələri tərəvəz kimi istifadə olunur: pomidor, bibər, avokado. Meyvələr çox faydalıdır, protein və vitaminlərlə yanaşı onların tərkibində enerji mənbəyi olan təbii şəkər var.

 

Kofe bitkisi


Kofe meyvələri böyük kolların üstündə yetişir. Yetişmiş meyvə qurudulur, ləpələnir və kofe dəni əldə edilir.


Süd ağacı


Amazonkada bitən inək, yaxud süd ağacı-tropik əncirdir. Südəoxşar şirəsi olduğundan (lateks) bu meyvənin ağacını inək, yaxud süd ağacı adlandırmışlar. 


Buğdanın vətəni


Buğda - ən qədim əkinçilik bitkilərindən biridir. Onu hələ 6000 il əvvəl Mesopotomiyada (müasir İraqın ərazisi) Dəclə və Fərat çaylarının arasında əkirdilər. Yaxın Şərq arpa, yulaf, çovdar, noxud, soğan, alma, armud, mərcimək, əncir kimi bitkilərin köhnə vətənidir. 


Çörək ağacı


Çörək ağacı Polineziya mənşəlidir. Onun hündürlüyü 20 metrə, meyvəsinin diametri 30 santimetrə çatır. Yemək üçün onu tərəvəz kimi hazırlayırlar. Buna qohum olan, Hindistanda və Malaziyada bitən ağacın meyvəsi daha nəhəng, uzunluğu 90 sm, çəkisi 30 kq-a qədər olur.