Təbiət

Kolumbiyanın rəngarəng “Kanyo Kristales” çayı

Kanyo Kristales və ya yerli sakinlərin dili ilə "Rənglər çayı" öz başlanğıcını Kolumbiyanın Makarena dağ massivindən götürür. Çayda 5 rəngə təsadüf olunur - bənövşəyi-qırmızı, mavi, yaşıl, sarı və qara.

 

Bütün bu rəngliliyin səbəbi çaydakı endemik yosun Macarenia clavigeranın fəaliyyəti ilə bağlıdır. Çay adətən "Beş Rəngli Çay", "Maye Göy Qurşağı" və "Dünyanın ən gözəl çayı" adlanır. İspan dilində adı "Büllur çay" deməkdir.

 

Landşaftının gözəlliyi və təbiətin zənginliyinə görə mənzərəli çay YUESKO -nun Dünya İrsi Siyahısına daxil edilmişdir.

 

Aparılan tədqiqatlar nəticəsində aydın olmuşdur ki, çayın suyu distillə olunmuş su qədər təmizdir. Çay suyunda üzvi və mineral çirklər, duzlar, dibində isə lil yoxdur və iri balıqlara burada rast gəlinmir.

 

Yüksək şəffaflığı sayəsində, sualtı dünyanın gözəçarpan qırmızı, sarı, yaşıl, mavi və hətta qara çalarları bir metr dərinlikdən belə görünür.

 

Kolumbiyalılar Kanyo Kristales çayına "Beş Rəngli Çay" və ya "Cənnətdən qaçan axın” olaraq da adlandırırlar.

 

Maraqlısı budur ki, çayın rəngarəng çalarları yalnız yazın əvvəlindən payızın sonuna qədər davam edən quraqlıq mövsümündə görünür.

 

Kanyo Kristales çayı olduqca qısadır. Uzunluğu 100 km -dən çox deyil, eni isə 20 m-dir, qayalı bir kanal boyunca axır, belə ki, hətta yüngül bir yağış çayı sürətli dağ axınına çevirir.

 

Rəngarəng çayın axdığı Makarena dağ silsiləsi dünyanın ən qədim dağlarından biri hesab olunur. 1 milyon 200 min il əvvəl yaranmışdır. Serrania de la Macarena qoruğu flora və fauna ilə zəngindir.

 

Bu milli parkda 8 növ primat, 43 növ sürünən, 10 növ amfibiya və 420 növ quş yaşayır.