Şeirlər

Məzahir Məzhər. Sərhədçi əsgər

Vətənimin keşiyində

Dayanmısan, igid əsgər.

Doğma ata ocağından

Əziz gəlir sənə səngər.

 

Arxadadır doğma yurdun,

Önündədir xain düşmən.

Ölüm-qalım arasında

Öncə vətən düşünürsən.

 

 

 

Ölmək nədir vətən üçün,

Onda məzar da vətəndi.

Əgər yoxsa doğma yurdun,

Bu, Ölümdən də betərdi.