Atalar sözləri

Quşlar haqqında atalar sözləri

Qarğa özün quş bilir, xaşıl özünü aş. Azərbaycan atalar sözləri


Qurdun sayəsində quş da doyur. Türkmən atalar sözləri


Quş aləmi təbiətin ən canlı, poetik hissəsidir. Həsən Əliyev

 

 

 

 


Quş da fikirləşməmiş uçmur. Rus atalar sözləri

 


Quş da meşədə tək yaşamaz. Osetin atalar sözləri


Quş hara qonursa, orada lələyindən qalar. Koreya atalar sözləri


Quş istəyirsənsə, əvvəlcə yuvasını tik.  Alman atalar sözləri


Quş öz qanadı ilə uçduğu kimi, adam da öz hikməti ilə uçur. Ərəb atalar sözləri


Quş uçmaq üçün yarandığı kimi, insan da əmək üçün yaranıb. Alman atalar sözləri


Quş var ətin yeyərlər, quş var ət yedirdərlər. Azərbaycan atalar sözləri


Quşlar nə əkir, nə biçir - tox da dolanır. Rus atalar sözləri


Quşlar yuvanı qoşalaşıb tikirlər. Fin atalar sözləri


Quşu uçuşundan tanıyarlar. Rus atalar sözləri