Qış mahnısı
Musiqi: Əfsər Cavanşirov
Söz: Tofiq Mütəllibov
I
Hər tərəfə yağıb qar,
Tez gəlin siz, uşaqlar.
Ağ geyinib meşə, dağ,
Qar topası oynayaq.
Nəqərat:
Qış gəlibdir, qış gəlib,
Bu yerlərə xoş gəlib.
Neyləyəcək qar bizə,
Dost olub bahar bizə.
II
Gizlənibdir turaclar,
Buz bağlayıb yamaclar.
Donub güllər, çiçəklər,
Əsir soyuq küləklər.
Nəqərat:
Qış gəlibdir, qış gəlib,
Bu yerlərə xoş gəlib.
Neyləyəcək qar bizə,
Dost olub bahar bizə.