Musiqi

Məktəbə

Musiqi: Qəmbər Hüseynli
Söz: Nəriman Həsənzadə

 

 

Gəlin, ay uşaqlar, gəlin həvəslə,
Nəğmələr oxuyaq biz yeni səslə.
Çağırır bu çöllər, bu düzlər bizi,
Dinləsin gecələr, gündüzlər bizi.
Qayada şənlikdir, sahildə iz var,
Gör, bir harda bizim düşərgəmiz var.
Kölgədə dincəlib, gündə yanmışıq,
Çadırlar boyunca sıralanmışıq.
Açıb doğma məktəb qapılarını,
Zəng vurub səsləyir öz baharını.
Gəlirik, gəlirik, ay ana məktəb,
Biz də darıxmışıq qoynuna, məktəb!