Görkəmli şəxsiyyətlər

Semyon İvanoviç Dejnyov

Semyon İvanoviç Dejnyov (1605 — 1673) – tanınmış səyyah və Sibir (Kamçatka) araşdırmaları ilə məşhur olan rus tədqiqatçısıdır. O, Berinq boğazını gəmi ilə keçən ilk tanınmış avropalı olub. Dejnyov bunu, rus əsilli Danimarkalı səyyah Vitus Berinqdən 80 il əvvəl etmişdi, lakin bu kəşf təxminən bir əsr boyu unudulmuş və Vitus Berinq sonradan onun adını daşıyacaq boğazın kəşfçisi kimi qəbul edilmişdir.

Semyon Dejnyov Kolıma çayından Çukot dənizinə çıxır və onu böyük çətinliklə üzüb keçərək Asiya ilə Amerikanı ayıran Berinq boğazına daxil olur, Asiyanın şimal-şərq ucqarının təsvirini verir və sonralar həmin burnu “Dejnyov burnu” adlandırırlar.


Semyon Dejnyov 1605-ci ildə Velikiy Ustyuqda (Rusiyada) anadan olub. 630-cu ildə kəşfiyyatçı Kamçatkaya gedib, burada Tobolskda kazak dəstəsində, eləcə də Yakutsk həbsxanasında və digər ərazilərdə xidmət edib.


Semyon XVII əsrin 40-cı illərində Mixail Staduxin ilə birlikdə Kamçatkanın şimal kənarına səfərlərdə iştirak edib, Oymyakonda olub, İndigirka çayı ilə Şimal Buzlu okeanına, 1643-cü ilin yayında isə dəniz yolu ilə Kolıma çayının mənsəbinə çatıb. 1648-ci ildə Popovla (Fedot Alekseyev) birlikdə Kolımadan Çukot yarmadasının sahili boyunca üzərək Berinq dənizinə keçib və əslində birinci olaraq Berinq boğazını kəşf edib. Sonrakı illərdə Anadır çayının və Anyuy çayının bir hissəsinin çertyojunu çəkib, ziyarət etdiyi Yakutiya və Çukotka yerlərinin təsvirini və rəsm xəritəsini hazırlayıb.


Qeyd etmək lazımdır ki, Dejnyov bütün həyatını çay, dəniz və quru yürüşlərinə həst edib. Xidmətdə olarkən o, Sibir torpaqları sakinlərindən xərac toplayıb, yerliləri qorxudan quldurlarla mübarizə apararaq vuruşub (hətta bəzi mənbələrdə 15 ildən çox xidmət müddətində tədqiqatçının ümumilikdə doqquz dəfə yaralandığı yazılıb).


Semyon bir müddət Xodırev, Poyarkov ilə birlikdə məşhur Sibir dəstəsində xidmət edib və ilk dəfə Kolıma ərazisinə (Rusiyanın Uzaq Şərqində yerləşən coğrafi və tarixi bölgədir) gedib. 


Komandir Dejnyovun rəhbərliyi altında olan rus gəmiləri ilk dəfə Avrasiya ilə Şimali Amerika arasındakı boğazı keçə bilib. Semyon Çukotka yarımadasını və Anadır çayının mənbəyini kəşf edib. Həmçinin, tədqiqatçı Şərqi Asiyanın tədqiqi ilə yaxından məşğul olub, bu da ona çoxsaylı kəşflər etməyə imkan verib.


Yuxarıda qeyd etdiyimiz kimi, Semyon Dejnovun əsas xidməti odur ki, o, Şimal Buzlu Okeanından Sakit okeana keçidi (Berenqov boğazı) kəşf edib. Dənizçi səyahətin marşrutunu tam təsvir edib və çertyojunu çəkib. Semyonun hazırladığı xəritələr çox sadə və təxmini məsafəyə malik olsalar da, digər səyahətçilər üçün böyük əhəmiyyət kəsb edirdi. Kəşfiyyatçının kəşf etdiyi boğaz Asiya ilə Amerikanın dənizlə ayrıldığına sübut oldu. Kəşfiyyatçının ekspedisiyaları morj yataqlarının kəşfinə də kömək edib.


Tədqiqatçı Dejnyov heç vaxt oxumağı və yazmağı öyrənmədiyi üçün təkbaşına yazı yaza bilmirdi. Qeydləri aparmaq və yazı yazmaq üçün Semyonun bu prosedurla məşğul olan xüsusi təlim keçmiş adamları var idi. Mütəxəssislər hətta tədqiqatçının yerinə imza belə atırdılar, çünki o, yazmaqla heç maraqlanmırdı.

1671-ci ildə başqa bir xidmətdən sonra Semyon paytaxta qayıdıb və sevimli Yakutiyaya getməyə ümid edıb. Lakin onun planları baş tutmayıb, çünki tədqiqatçı uzun müddət ac qalıb, kəskin soyuq iqlimlərdə donub, yürüşlərdə istinin şiddətinə məruz qalıb və bir neçə dəfə yaralanıb. Bu kimi amillər Semyonun səhhətinə açıq şəkildə təsir edib, çünki səyyah illər keçdikcə zəifləyib. Paytaxta gəldikdən sonra tədqiqatçı ağır xəstələnib və Yakutiyaya qayıtmaq mümkün olmayıb.


1672-ci ildə Dejnyov Moskvaya gəlib və 1673-cü ilin yanvarında burada vəfat edib.

 
Səyyahın dəfn edildiyi yer salamat qalmayıb, çünki XVII-ci əsrdə hələ Moskvada böyük qəbiristanlıqlar yox idi. Buna görə də ölənlər o vaxtlar paytaxtda çox olan kilsələrin yaxınlığında dəfn edilirdilər. Lakin, coğrafiyada çoxlu kəşflərə imza atan Semyon Dejnyovun xatirəsi, çox səyyahın xatirəsində qaldı.