Yumor

Yorğun əllər

Məşhur pianoçu Artur Rubinşteyn konsertlərindən birində kiçik bir qızın xatirə dəftərini imzalamaqda tərəddüd edirdi. O, əllərinin çox yorulduğunu bildirəndə kiçik qız tez cavab verdi:

 

Əllərinizin nə qədər yorulduğunu bilirəm. Ancaq mənim də əllərim, ən azı, sizinkilər qədər yorğundur...

 

– Niyə?..


Cavab düşündürücü idi:


– Sizi alqışladıqları üçün...