Təbiət

Nadir kərtənələ - Xortumlu anol

Anolis proboscis - And dağlarının yamaclarını əhatə edən Ekvadorun tropik meşələrində yaşayan, nadir kərtənkələ növüdür. Filə bənzər uzun buruna sahib olmasına görə “Xortumlu anol” adı verilib. İngilis dilində Proboscis anolis “Pinokyo kərtənkələ” kimi tanınır.

 

Anolis proboscis ilk dəfə 1956-cı ildə, yeni bir endemik  növ kimi təsvir edilmişdir. Sonrakı bir neçə il ərzində elm adamları yalnız növün altı nümayəndəsi ilə qarşı-qarşıya gələ bildilər, (onların hamısı erkək fərdlər idi). Lakin, 2005-ci ilə qədər, bir fərd də olsun insanların qarşısına çıxmadı. Beləliklə, yalnız altı heyvanın öyrənilməsi nəticəsində növ haqqında məlumat əldə edildi.

 

Amma 2005-ci ildə yenidən xortumlu anola rast gəlindi. Bu təsadüfən baş verdi: bir qrup quş müşahidəçisi nəhəng müxtəlifliyi ilə məşhur olan Mindo tropik meşəsinə gəldi. Qrup üzvlərindən biri yoldan keçən qəribə kərtənkələni gördü və onun diqqətini cəlb etdi. Quş müşahidəçisi qeyri-adi bir canlıyla qarşılaşdıqlarını anladı və dərhal yerli herpetoloqlara xəbər verdi. Tezliklə Mindoya dərhal iki elmi qrup gəldi (Ekvador və ABŞ-dan), onlar birgə səylərlə bir anda iyirmi fərd tapmağı bacardılar, onların arasında dişilər də var idi.

 

​Sürünənin dərisi açıq yaşıl və ya qəhvəyi-yaşıl rənglidir. Yalnız erkək fərdlərin burnunda çıxıntı var. Onlar bu çıxıntıdan dişiləri cəlb etmək üçün istifadə edir.