Atalar sözləri

Atalar sözləri

İlan çalan yatmaz, ac olan yatar. 


İlan hər yerə düz gedər, öz yuvasına əyri. 


İlanı yaralı buraxmazlar.

 

Qorxan gözə çöp düşər.

 

Ehtiyat igidin yaraşığıdır.

 

İlanın quyruğunu yox, başını əzərlər.

 

İlanın quyruğunu basmasan, sancmaz.

 

Hər kəs ata bilər, amma vura bilməz.

 

Vura bilməyən daşın böyüyündən yapışar.

 

Qorxaq hər şeyi dörd görər.


Zaman keçər, söz qalar.

 

Zəhmət çəkməyən rahatlığın qədrini bilməz.

 

Zəhmətsiz bal yeməzlər.

 

Zərərin yarısından qayıtmaq da qazancdır.

 

Çalışqan əl nəyə dəysə, qızıl olar.

 

İş bacaranın, aş yeyənindir!

 

Görülmüş işdən gül ətri gələr.

 

İşləyən olsun, iş tapılar.

 

İş ustasından qorxar.