Görkəmli şəxsiyyətlər

Vladimir Dal

Dal Vladimir İvanoviç (1801-1872) - məşhur rus dilşünası, yazıçısı, lüğətçisi, etnoqrafı, hərbi həkimi və dörd cildli "Rus dilinin izahatlı lüğəti"nin yaradıcısıdır. Bu lüğət üzərində işləmək yazıçının bütün həyatı boyu davam edib: Vladimir İvanoviç 18 yaşından donanmada xidmət edərkən tanış olmayan sözləri və onların mənalarını yazmağa başlayıb və ölümünə qədər buna davam edib. O, ilk türkoloqlardan biri sayılır.

 

Ən azı 12 dil, həmçinin türk dillərini də bilirdi.

 

 

Dal Vladimir İvanoviç 1801-ci il noyabrın 10-da (22) Luqansk zavodunun (indiki Luqansk) kəndində ali təhsilli ailədə anadan olub. Atası həkim, dilçi, anası isə pianoçu idi, bir neçə dil bilirdi, ədəbiyyatla maraqlanırdı. Vladimir İvanoviç əla ev təhsili alıb.

 

1814-cü ildə Dal Sankt-Peterburqda Dəniz Kadet Korpusuna daxil olub. 1819-cu ildə təhsilini başa vurduqdan sonra donanmada xidmət etməyə gedib. Bir neçə illik hərbi xidmətdən sonra Dal Derpt Universitetinin (indiki Tartu Universiteti)  tibb fakültəsinə daxil olub.

 

1827-ci ildə "Slavyanin" jurnalı Vladimir İvanoviçin ilk şeirlərini dərc edib. 1830-cu ildə “Moskva teleqrafı” yazıçının “Qaraçı” romanını çap edib.

 

Rusiya-Türkiyə müharibəsinin başlaması ilə Dal təhsilini yarımçıq qoymalı olub. İmtahanları vaxtından əvvəl verərək Vladimir İvanoviç cəbhəyə yollanıb. Vladimir İvanoviç parlaq cərrah kimi tanınır. O, 1828-1829-cu illər müharibəsi, eləcə də 1831-ci il Polşa kampaniyası zamanı özünü istedadlı həkim kimi göstərib. Döyüşlərdə iştirak edib, yaralılara kömək göstərib, səhra hospitallarında yaralıları əməliyyat edib.

 

Mükafatlarla təltif edilən Dal 1832-ci ildə Sankt-Peterburq hərbi xəstəxanasında rezident kimi işləməyə başlayıb. Müharibə dövründə, eləcə də həkimlik təcrübəsi dövründə yazıçı Dal bir neçə məqalə, eskizlər yaradıb. 1832-ci ildə “Rus nağılları", "İlk beşlik" dərc edilib.

 

1833-cü ildə Dal hərbi qubernator V.A.Petrovskinin yanında xüsusi tapşırıqlar üzrə məmur vəzifəsinə təyin edilərək Orenburqa köçüb. Yazıçı Cənubi Uralda çox səyahət edib, əsərlərinin əsasını təşkil edən folklor materiallarını toplayıb.

 

Dalın qısa tərcümeyi-halında mühüm hadisə onun Aleksandr Puşkinlə tanışlığı olub. Şairlə birlikdə Vladimir İvanoviç Puqaçov bir neçə yerləri gəzib dolaşıb. Dal Puşkinin ölüm anında belə yanında olub. Dal, Puşkini Danteslə dueldən sonra müalicə edib.

 

1838-ci ildə Vladimir İvanoviç Sankt-Peterburq Elmlər Akademiyasının üzvü olub.

 

1841-ci ildə Sankt-Peterburqa qayıdıb, L.Petrovskinin yanında katib, sonra isə Daxili İşlər Naziri yanında xüsusi idarənin rəisi vəzifələrində çalışıb.

 

1859-cu ildə Dal çalışdığı vəzifəsindən istefa verib və Moskvaya qayıdaraq orada məskunlaşıb. 1861-1868-ci illərdə Vladimir İvanoviçin tərcümeyi-halında ən əhəmiyyətli və həcmli əsər olan - təxminən 200 min sözdən ibarət "Rus dilinin izahatlı lüğəti" nəşr olunub. Bir çox peşələrə, sənətlərə, işarələrə və deyimlərə yaxşı bələd olan Dal bütün biliklərini işinə sərf edib. Daha sonra 1862-ci ildə ikinci əlamətdar "Rus xalqının atalar sözləri" kitabı nəşr olunub.

 

4 oktyabr 1872-ci ildə sentyabrın 22-də (4 oktyabr) Moskvada vəfat edib və Vaqankovski qəbiristanlığında dəfn olunub.

 

Dal Vladimir İvanoviç bütün qəlbi ilə mənzərəli doğma yurduna, Luqansk bölgəsinə aşiq olduğuna görə, sonradan hətta özünə “Kazak Luqanski” təxəllüsünü götürüb.

 

Dalın yaxın dostları arasında Qoqol, Krılov, Jukovski kimi məşhur şəxsiyyətlər var idi. Kadet məktəbində Vladimir İvanoviç gələcək dekabrist D. Zavalişin və admiral P. Naximovla birlikdə oxuyub.

 

Ölümündən əvvəl Puşkin Dala zümrüd ilə qızıldan olan talisman üzük hədiyyə edib.

 

Həyatı boyunca, Vladimir Dal rus həyatından bəhs edən yüzdən çox məqalə (esse) yazıb, "Botanika" və "Zoologiya" dərsliklərini tərtib edib, uşaqlar üçün nağıllar toplusu yaradıb.

 

1869-cu ildə Dal lüğəti Lomonosov mükafatına layiq görülüb.

 

Kəlamı: "Mədəniyyət – işlədilmə, becərmə, üzərində çalışmadır, bu əqli və əxlaqi savaddır".

 

Nağıl və hekayələrin siyahısı: Tülkü və Ayı, Dovşan, Qar Qız, Qu quşları, Qarğa, Göbələk və giləmeyvələrin müharibəsi, Ağacdələn haqqında, Qoca, Vasvası, Əmək haqqında, Durna və Vağ, Gənc Çavuş İvan haqqında nağıl, Dişli siçan və zəngin sərçə haqqında, Qoçların nağılı, Cəsur Qeorgi və canavarın nağılı və s.