Oyunlar

2-5 arası uşaqlar üçün sadə oyunlar

Adətən biz vərdiş etmişik ki, inkişafetdirici oyunlar mağazadan alınan vəsaitlə dolu qutular və ya özümüz düzəltdiyimiz kartlar, kublar və ya lövhələrlə oynanılır. Ancaq bir çox oyunlar var ki, onlar üçün sadə ev əşyaları tələb olunur. Bunların öyrədici effekti isə qat-qat artıq olacaqdır. Əlbəttə ki, 2-3 yaş uşağa əşyalarla oynamaq, ona toxunmaqla ətraf aləmi kəşf etmək daha maraqlıdır. Burada elə oyunlardan bəhs edəcəyik ki, onlar üçün valideynələrə vaxt və əla əhval-ruhiyyə lazım olacaq.


 
Şən kisə


Uşaqlar qeyri-adi sürprizləri çox sevirlər. Uşaq üçün həvəsləndirici kisə hazırlayın. Bu onun təxəyyülünün inkişafına kömək edəcək.


 
Bunun üçün sizə lazım olacaq:


* 4 ədəd vərəq paketi
* hər bir paket üçün 3 əşya dəsti ; məsələn, sabun, süngər, plastik qayıq (vanna üçün) , qaşıq, qab və fincan (yemək yemək üçün), çəkmə, köynək və şalvar (geyinmək üçün)


 
Mənimsənilən bacarıqlar:


  * düşünmə bacarıqları
  * tanıma və ayırd etmə bacarıqları
  * nitqin inkişafı
  * sosiallaşma

 

1. yuxarıda göstərildiyi kimi əşyaları paketə yığın
2. Hər üç paketi də kisəyə qoyun
3. Uşağı yerdə oturdun
4. Sonra paketlərdən birini çıxarın və onun içindən bir əşyanı çıxarın
5. Uşaqdan nə olduğunu soruşun
6. Növbəti əşyanın nə ola biləcəyini soruşun
7. Əgər uşaq tapsa, onu paketdən çıxarın
8. Üçüncü əşyanın nə olduğunu soruşun; əgər uşaq çətinlik çəkərsə, ondan  bu iki əşyanı hansı əlamətin birləşdirdiyini soruşun
9. Uşaq hər üç əşyanı tapdıqdan sonra hər üçünün ümumi əlamətlərini soruşun
10. Bunu hər üç paketlə təkrar edin
Bu oyunun digər variantları da var. Eyni oyunu ərzaqla da oynamaq olar. Stolun üstünə çörək korju, rəndələnmiş pendir, sous qoyun. Sonra soruşun ki, bu ərzaqları birləşdirsək nə alınar.
Təhlükəsizlik. Çalışın əşya seçərkən ona təhlükəsiz olanları seçin. Həm də tanış əşyalar seçilməlidir ki, o tapmaqda çox çətinlik çəkməsin.


 
Biri digərinə oyunu


Bu oyun övladınızın zehni inkişafına daha güclü təsir edir. Nə qədər rəngarəng, fərqli əşyalar seçsəniz oyun uşaq üçün daha maraqlı olacaq.


 
Sizə lazım olacaq:


Bir-birinə uyğun olan cisimlər: açar və qıfıl, karandaş və vərəq, sabun və dəsmal, corab və çəkmə və s.

 

Mənimsənilən bacarıqlar:


* təsnif etmə və çeşidləmə,
* göz və əl koordinasiyası
* incə hərəki fəaliyyət
* düşünmə


1. Yuxarıda göstərildiyi kimi bir-birinə uyğun əşyalar srçin. Çalışın sadə əşyalar olsun, bir neçə mürəkkəb əşya da əlavə edə bilərsiniz.
2. Bütün əşyaları stolun üstünə düzün, lakin uyğun olanları yanaşı qoymayın.
3. Uşağı stolda oturdun və əşyaları ona göstərin.
4. Bir əşya seçin, uşaqdan ona uyğun olanı seçməsini xahiş edin.
5. Uşaq doğru tapdıqda onu tərifləyin, növbəti birini tapmasını deyin.
6. Bütün əşyaları çeşidləyənə qədər oyunu davam edin.


 
Bu oyunun digər variantı


Uşağınız əşyalarla oynadıqdan sonra bu oyunu şəkillərlə oynayın. Şəkillər nəinki oyunu çətinləşdirir, həm də daha geniş seçim imkanı verir.

 

"İçində nə var?"


Bu yaşda uşağı "balaca tədqiqatçı" adlandırırlar. Çünki onun hər şeyə marağı var. O, hər şeyin içinə baxmağı sevir. Bu oyun gələcəyin Eynşteynini yetişdirir.


 
Lazım olan ləvazimatlar


* kağız paketi
* paketdə gizlədə biləcəyiniz əşyalar (kiçik oyuncaqlar, top, açarlar, daraq və s.)
* rəngsiz yapışqan lent (skotç)
* təsnifləndirmə və tanıma
* düşüncə bacarıqları
* incə hərəki fəaliyyət
* məsələlərin həlli


 
1. Uşağa tanış olan müxtəlif əşyalar götürün
2. Onları bir-bir paketə qoyun, bükün və skoçla bağlayın
3. Uşaqla yerə oturun, paketləri arxanızda gizlədin
4. Bir paket çıxarın, verin uşağa, qoyun uşaq əli ilə toxunsun, yoxlasın.
5. Uşağa paketdə nə olduğunu tapmasını deyin
6. Əgər uşaq çətinlik çəkirsə, əşyanın bəzi əlamətlərini deyin
7. Uşaq doğru tapdıqda paketi verin açsın
Digər variant kimi uşaq sizə sirli paketlər hazırlasın.


             
Hər şey qarışıb


Bu oyun uşaqda ardıcıllıq qurmaq qabiliyyətini inkişaf etdirir. Bu qabiliyyət kitab oxumaq vərdişi yaratmaq üçün vacibdir.


 
Lazım olan ləvazimatlar:


* ardıcıl şəkillər- məsələn, ad günü şəkilləri, istirahətdə çəkilmiş şəkillər
* möhkəm böyük ağ vərəq
* flomaster
* stol


 
Mənimsənilən bacarıqlar:


* səbəb nəticə əlaqəsi
* düşünmə bacarığı
* ardıcıllıq və qiraətə hazırlıq
* görmə ilə seçmə

 

1. Ailə albomunuzdan 4 ədəd hər hansı tədbirdə çəkilmiş şəkil seçin. Elə şəkillər seçin ki, tədbirdə hadisələrin gedişatını əks etdirsin.
2. Vərəqdə şəklin ölçüsündən bir az böyük kvadratlar çəkin.
3. Kvadratları nömrələyin
4. Uşağı stolda oturdun, sonra ona şəkilləri hadisələrin ardıcıllığı ilə düzməsini deyin
5. Uşaq şəkilləri hadisələrin gedişinə uyğun ardıcıl rəqəmlərə düzsün


Bu oyunun variantları. İşənməyən bir kitabdan əvvəldən, ortadan və axırdan şəkillər kəsin və uşaqdan bunları ardıcıl düzməsini istəyin.  


Üskük oyunu


Bu oyunda uşağınızın diqqətini inkişaf etdirmiş olursunuz.
 
Lazım olan ləvazimatlar:


*stol
* 3 kiçik fincan
* kiçik konfet və ya peçenye


 
Mənimsənilən bacarıqlar


Əl və göz koordinasiyası
Məsələlərin həlli
Görmənin itiliyi
Uşağı oturdun, syolun üstünə fincanları ağzı aşağı qoyun.
Birinin altına konfet və ya peçenye gizlədin. Sonra fincanları qarışdırıb uşaqdan hansının altında konfet olduğunu tapmasını istəyin. Fincanları yavaş hərəkət etdirin ki, qquşaq onu izləyə bilsin.Tapdıqdan sonra gizlətdiyiniz konfeti mükafat kimi də verə bilərsiniz.