Görkəmli şəxsiyyətlər

Farenheyt cihazının ixtiraçısı - Daniel Qabriel Farengeyt

Daniyel Qabriel Farengeyt (24 may 1686 - 16 sentyabr 1736) – tanınmış alman fizikidir. Dәqiq ölçü cihazları: spirt (1709) vә civә (1714) termometrlәri, areometr, gipsotermometr, altimetr vә s. önəmli cihazların ixtiraçısıdır. Suyun qaynama temperaturunun atmosfer tәzyiqindәn vә duzların miqdarından asılılığını tәdqiq edib, suyun ifrat soyuma hadisәsini aşkar edib. 


Əslən tacir ailәsindәndir. 1724-cü ildə London Kral Cәmiyyәtinin üzvü olub. Fizikanı Almaniyada, Britaniyada vә Hollandiyada öyrәnib. O, demək olar ki, bütün ömrünü Hollandiyada keçirib, dəqiq meteoroloji alətlərin istehsalı ilə məşğul olub.


Farenheyt cihazı –1724-cü ildə Qabriel Farengeyt tərəfindən irəli sürülmüş istilik ölçü vahididir. XX əsrin 60-70-ci illərinə qədər ingilisdilli ölkələrdə geniş istifadə edilsə də, sonradan Selsi şkalasının populyarlıq qazanması ilə istifadədən çıxmışdır. Hazırda yalnız ABŞ, Kayman adaları və Belizdə geniş istifadə edilir.


Farenheyt şkalasına görə normal atmosfer təzyiqində suyun donma temperaturu +32 °F, qaynama temperaturu isə +212 °F təşkil edir. Bu şkala üzrə 1 dərəcə bu iki temperatur göstəricisi arasındakı fərqin 1/180-ə bərabərdir.


Bu şkalanın yaranmasının bir neçə versiyası var. Onlardan birinə görə Qabriel Farengeyt öz şkalasında 0-cı dərəcə kimi bərabər nisbətdə qarışdırılmış su və xörək duzunun donma temperaturunu, 100-cü dərəcə kimi isə insanın normal bədən temperaturunu götürmüşdür. Lakin burada Farengeyt səhvə yol verib. Belə ki, insanın normal bədən temperaturu 97,9 °F təşkil edir. Bunu isə başqa bir versiya ilə izah edirlər. Guya Qabriel Farengeyt öz həyat yoldaşının bədən temperaturunu əsas götürübmüş, lakin o bir qədər xəstə olduğuna görə onun bədən temperaturu normadan artıq olub və 2,1 °F fərq də məhz buradan qaynaqlanır. Q. Farengeyt həmişə hesab edirdi ki, onun şkalasında mənfi göstərici ola bilməz. Bu da onun heç vaxt soyuq ölkələrdə olmamasından irəli gəlir (Farengeyt şkalası ilə 0 °F Selsi şkalasında -17,777(8) °C-yə bərabərdir).


Farenheyt şkalasının 1 dərəcəsi Selsi şkalasında 5/9 dərəcəyə bərabərdir.


Termometrlər hazırlamaqla yanaşı, Farengeyt barometr və hiqrometri də təkmilləşdirib. O, həmçinin mayenin qaynama temperaturunun dəyişməsinin atmosfer təzyiqindən və onun tərkibindəki duzların tərkibindən asılılığını tədqiq etmiş, suyun həddindən artıq soyuması hadisəsini kəşf edib, isti və soyuq suyun qarışığının temperaturunu təyin edib, xüsusi bədən çəkilərinin cədvəllərini tərtib etmişdir.


Farengeyt 1763-cü il sentyabrın 16-da Haaqada vəfat edib.