Afişa

Bakıda “İşıqlı kuklalar şousu” təqdim olunacaq

Mayın 1-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində fəaliyyət göstərən Opera Studiyasının konsert zalında Nikolay Zıkov teatrının (Moskva) təqdimatında, uşaqlar üçün orijinal və interaktiv yeni tamaşa “İşıqlı kuklalar şousu” təqdim olunacaq.

 

AZƏRTAC xəbər verir ki, öz kreativliyi ilə fərqlənən, yeni, parlaq, unudulmaz, qeyri-adi və unikal işıqlı kuklalar hər yaşda tamaşaçıların böyük marağına səbəb olacaq. Biletləri şəhərin kassalarından əldə etmək olar.

 

Qeyd edək ki, dünyanın ən tanınan kuklaçılarından biri olan Nikolay Zıkovun təqdim etdiyi bu unikal tamaşa bənzərsiz uğurlarla bütün dünyada sevilir. 200-dən çox kukla yaradan, Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 50-dən çox ölkəsində tamaşalarla çıxış edən Nikolay Zıkov 20-dən çox kukla şousunun müəllifi, rejissoru, rəssamı və ifaçısıdır. Həmçinin o, yenilikçi yaradıcılıq fəaliyyəti və peşəkar ifaçılığına görə bir çox beynəlxalq mükafatlara layiq görülüb.