Bacarıqlı əllər

Quş yuvası düzəldək

Payızda quşların bir çoxu isti ölkələrə köçür. Amma elə quşlar var ki, qışda da heç yerə uçub getmir. Məsələn, sərçələr. Siz onların həyatını asanlaşdırmaq üçün quş yuvası düzəldib məktəbinizin həyətindən asa bilərsiniz. Bunun üçün plastik qablardan və ya karton qutulardan istifadə etmək olar.

 

İstifadə etmək üçün: plastik qablar, karton qutu, yapışqan, çubuq, sulu boya, rəngli qələmləı; fırça, kağızkəsən bıçaq, quru ot, buğda və s.

 

 

1-ci addım. Yuva hazırlamaq üçün içi boş süd qabı, yaxud plastik su qabı seçin. Qutunun üzərində qələmlə qanad, gözlər, quşun içəriyə girə bilməsi üçün qapı şəkli çəkin. Cizgilənmiş yerləri müəlliminizin və ya böyüklərin köməyi ilə kəsin.

 

2-ci addım. Qutunu rəngləyin və quşa bənzəməsinə çalışın. İstədiyiniz rəngdən istifadə edə bilərsiniz.

 

3-cü addım. Qutunun ön hissəsinə kiçik bir çubuq parçası keçirin. Bu, sərçənin üstünə qonması üçündür.

 

4-cü addım. Yuvanın içinə quru ot və buğda tökün. Artıq onu məktəbin həyətinə çıxarıb müəllimin köməyi ilə ağac budağından asa bilərsiniz.