Yumor

Üç torpaq

Bir padşah öz vәziri ilә sәyahәtә çıxmışdı. Az getdilәr, çox getdilәr, gәlib bir yerə çıxdılar. Gördülәr Bәhlul Danәndә yolun qırağında oturub, qabağına da uç topa torpaq toplayıbdı.

Vәzir soruşdu:


– Bәhlul, bu torpağı nə üçün toplamısan?


Bəhlul cavab verdi:


– Bu torpaqları satıram. 


Vәzir mәәttәl qaldı, özü-özünә dedi: düz-dünya hamısı torpaqdı, görәsәn Bәhlul bu torpağı nә üçün satır.

 

Ondan soruşdu:


– Bu torpağın hәr topunu neçәyә verirsən?


Bәhlul dedi:


– On tümәnә.


Vəzir fikirlәşdi: torpağın bir topunu alacağam, görək nə olur.


Vәzir on tümәn verib, torpağın bir topunu aldı.


Bәhlul torpağı ona verәndә dedi:


– Apar bu torpağı varlı, zalım adamlara etibar edәnin başına tök.

 

Vәzir mәәttәl qalıb öz-özünә dedi: ikinci topu da alacağam, görәk onda nә deyəcәk.


Vәzir on tümәn verib, ikinci topu da aldı. Bәhlul dedi:


– Apar, nanəcibdən borc pul alanın başına tök.

 

Vәzir yenә bir şey başa düşmәdi, üçüncü top torpağı da aldı. Bәhlul dedi:


– Apar, hәr yetәnә etibar elәyib sirr verәnin başına tök.

 

Vəzir bu sözlәri sınamaq üçün evlәrinә gəlib arvadına dedi:


– Arvad, padşahın bir bәslәmə qoçu var, onu oğurlayacağam. Heç kәsә demәzsәn ha!


Arvad and-aman elәyib dedi:


– Yaxşı eləyәcәksən. Mәnim ağzımdan söz çıxmaz.


Vәzir gecә padşahın qoçunu oğurlayıb evinә gәtirdi. Padşah çox axtardı, qoçu tapmadı, hәr yerә soraq saldı. Vəzir də gecә qoçu arvadından gizlin başqa yerә apardı, bir şaqqa әt alıb evinә gәtirdi. Bişirib arvadı ilә yedi. Vәzir bir nanəcib varlıdan da yüz tümən borc pul aldı.

 

Bir gün vәzir arvadı ilә dalaşdı. Arvadı o saat bir damın üstünә çıxdı, bәrkdәn çığıra-çığıra dedi:


– Köpәk oğlu, bu da o deyil padşahın qoçunu oğurlayasan, kәsib yeyәsәn.


Padşah bunu eşidәndə әmr elədi, vəziri tutub dar ağacının dibinә çəkdilәr. Onu asmaq istәyәndә, nanәcib varlı gəlib pulunu istәdi. Vәzir padşaha dedi:


– Şah sağ olsun, bir sözüm var, qoy deyim, sonra öldürt.


Padşah dedi:


– De!

 

Vәzir Bәhlulun dediyi sözlәri ona söylәyib dedi:


– Şah sağ olsun, mәn Bәhlulun dediyi sözlәri sınamaq istәyirdim. Qoç durur, gәtirdә bilərsiniz.


Padşah adam göndərdi, qoçu gәtirdilәr. Padşah vәziri azad elәdi. Vəzir nanәcib varlıdan aldığı borcu da verdi, padşaha dedi:

 

– Mәn sәnә qırx il qulluq elәmişəm, hәmişә sәdaqәtli olmuşam. Demә, bir qoç qәdәr dә qiymәtim yox imiş. Bәhlul dediyi söz doğru çıxdı. Mәni azad elә.


Padşah çox yalvardı, vәzir razı olmadı. Vәzirlikdәn çıxıb öz evinə getdi. O gündәn arvadına sirr vermәdi, heç bir varlıdan pul borc almadı, böyük, zalım adamlardan kәnar gәzdi, onlara bel bağlamadı.