Boyamalar

Rəsm çəkməyi öyrənək. Raket

İstisnasız olaraq bütün uşaqlar rəsm çəkməyi xoşlasalar da təəssüf ki, onların hamısı bu işin öhdəsindən gələ bilmir. Kefinizi pozmayın, axı heç kim, necə deyərlər, istedadlı doğulmur. Gərgin əmək sayəsində hər bir işin öhdəsindən gəlmək mümkündür. Bizim rəsm dərslərimiz istedadı olmayan uşaqlara belə rəsm çəkməyi öyrənməyə kömək edəcək. Rəsmin mərhələlərlə çəkilərək tam şəklə salınması rəssam yaradıcılığına yiyələnmək və çəkilən detalların ardıcıllığını başa düşmək üçün ən yaxşı üsuldur.
 
Bu dərsimizdə siz raket şəkli çəkməyi öyrənəcəksiniz. İrəli!