Yumor

Bəhlul Danəndənin gördükləri

Bəhlul Danəndə bir gün Harun ər-Rəşiddən vəzifə istədi. Harun ər-Rəşid də ona çarşı-bazar ağalığını tapşırdı. Bəhlul dərhal işə başladı. Əvvəlcə, çörəkçinin yanına getdi. Bir neçə çörəyi çəkdi, hamısı çəkisindən az idi. Çörəkçidən:


– Həyatından razısan, dolana bilirsənmi? – deyə soruşdu.


Çörəkçinin bütün suallara cavabı mənfi idi. Heç bir şeydən razı deyildi.


Bəhlul bir söz demədən oradan ayrıldı və başqa bir çörəkçinin yanına getdi. Orada bir neçə çörəyi çəkdi. Gördü ki, bütün çörəklər çəkisindən ağır gəlir. Eyni sualları ona da verdi və hər suala müsbət cavab aldı. Bəhlul oradan birbaşa Harun ər-Rəşidin yanına getdi və yeni bir vəzifə istədi. Harun ər-Rəşid:


– Bəhlul, sənə daha yeni vəzifə verdim. Nə tez bezdin? – dedi.


Bəhlul cavab verdi:


– Şahım, çarşı-bazarın ağası var imiş. Məndən əvvəl çörəkləri çəkib, tərəziləri yoxlayıb, hər kəsə də hesabını verib. Artıq mənə ehtiyac yoxdur.