Xəbərlər

"The Batman" filminin davamı çəkiləcək

“Warner Bros. Pictures” studiyası “The Batman” filminin davam seriyasının çəkiləcəyini bildirib.

 

AZƏRTAC xəbər verir ki, studiya həmçinin Mett Rivzin “Yarasa adam” filminin baş rol ifaçısı Robert Pattinsonun və onun bütün komandasının davam filmi üçün geri dönəcəyini açıqlayıb.

 

“The Batman 2”nin çəkilişlərinin nə vaxt başlanacağı və aktyor heyətinin adları kimi məsələlərlə bağlı hələlik heç bir açıqlama verilməyib.

 

Xatirladaq ki, “Yarasa adam” ekran əsərinin ilk seriyasında Zoe Kravitz, Pol Dano, Ceffri Rayt, Con Turturro, Piter Sarsqaard və başqa tanınmış simalar yer alıb.

 

Qeyd edək ki, 759 milyon dollar gəlir əldə edən “The Batman” 2022-ci ilin ən yaxşı filmlərindən olub.