Xəbərlər

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri açıqlanıb

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri elan edilib.

 

Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, şagirdlər imtahan nəticələrini ttm.edu.az saytı vasitəsilə şəxsi kabinetdən əldə edə bilərlər.

 

Müsabiqə aprelin 24-də 84 mərkəzdə 10 minə yaxın şagirdin iştirakı ilə keçirilib.

 

Qeyd edək ki, müsabiqə hər il mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə dünyanın 80-dən çox ölkəsində təşkil olunur. Müsabiqənin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin II-X sinif şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan yaratmaqdır.