Bu maraqlıdır!

Şüşə niyə tərləyir?

İlin soyuq fəsillərində pəncərə şüşələri hərdən öz şəffaflığını itirir: baxmayaraq ki, onlar içəri işıq buraxmaq xüsusiyyətini saxlayır, onlardan praktiki olaraq heç nə görünmür. Bu ona görə baş verir ki, atmosferdə olan su buxarları şüşənin çox soyuq səthinə  toxunduqda kiçik buxar damcıları birləşərək böyük su damcıları əmələ gətirir. Qazın bu şəkildə maye halına keçməsinə kondensasiya və ya sıxılma deyilir. 


Bu halda dəyişmə ona görə baş verir ki, isti hava şüşənin soyuq səthi ilə təmasda olur.