Bu maraqlıdır!

Həşəratların həyatından 20 maraqlı fakt

1. Böcəklər 400 milyon il bundan əvvəl dünyaya gələn ilk canlılardır. O zamandan bəri beş kütləvi kataklizma yaşayıblar və tiranozavrlarla müqayisədə nəsilləri kəsilməyib.


2. Həşəratlar 32 ailəyə bölünür, ən çox yayılanı isə böcəklərdir. Deyə bilərik ki, planetimizdə demək olar ki, hər dörd heyvandan biri böcəkdir! Yer üzündə adam başına təxminən 250 milyon həşərat düşür. 


3. Qarışqalar və termitlər Yerin biokütləsinin təxminən 20% -ni təşkil edir!


4. Məhsuldar torpağın bir hektarında orta hesabla təxminən 8 milyon həşərat yaşayır! Bir kvadratmetrlik ərazidə 500-dən 2000-ə qədər həşərat məskunlaşıb.


5. Ağcaqanadlar hər saniyədə 500-1000 qanad çırpmaq gücünə malikdir, kəpənəklər isə  5-9 dəfə.


6. Rekord sahibi isə saniyədə 2 mindən çox çırpınışa sahib olan Forkips böcəyidir!


7. Ən sürətli həşərat -cırcıramadır. Sürəti 57 km / saata çata bilər!


8. Ən böyük cırcırama isə - Meganeuropsis permiana-dır, qanadları 72 santimetrdir! 


9. Planetimizin ən böyük hörümcəyi Tarantuladır. Ən böyük nümayəndəsi “quş yeyən goliafdır”.


10. Avstraliyada torpaq soxulcanları 3 metr uzunluğa çata bilər!


11. Dünyanın ən uzun soxulcanı isə - Uzun lineusdur. Onun uzunluğu 15 metrdir!


12. Ən böyük gecə kəpənəyi “Attacis aitas” sayılır. Onun qanadlarının açıq halda uzunluğu 30 sm-ə çatır və tez-tez quşlarla səhv salınır.

 

13. Ən böyük gündüz kəpənəklərinin qanadları 22 sm olur. 


14. Ən kiçik kəpənəyi isə - Johanssoniella acetosae ailəsindən olan “göy cırtdan” adlanan kəpənək hesab edilir. Onun qanadlarının uzunluğu 1,4 sm-ə çatır.


15. Yer üzündə, çənələrini saniyədə 60 metrdən çox sürətlə açıb bağlayan “at başlı qarışqalar” kimi gözəl canlılar yaşayır. Bu hərəkət 0.13 millisaniyədir. Çənənin bağlanma sürəti 180 km / s –dir. 


16. Həşəratların əksəriyyəti rəngli görmək qabiliyyətinə sahibdir. 


17. Bir insan həyatı boyunca təxminən 70 həşərat yeyir.


18. Hələ də, planetimizdə yaşayan həşəratların sayını nəzərə alsaq, həşəratlar haqqında bütün maraqlı faktları toplamaq mümkün deyil.


19. Dünyada təxminən 20 min növ arı var. 500 qramlıq bal istehsal etmək üçün, bir arı çiçəkdən çiçəyə doğru və geriyə 10 milyon dəfə uçmalıdır. Arıların beş gözü var (başın üstündə üçü,  ön tərəfdə isə ikisi). Bal arısı qanadlarını dəqiqəyə 11 min 400 dəfə çırpır və xarakterik bir gurultu yaradır.


20. Tarakanların dişisi ildə iki milyondan çox yumurta qoyur. Bundan əlavə, tarakan doqquz gün başsız yaşaya bilər!