Bacarıqlı əllər

Kiçik şam ağacı

Bu cür kiçik şam ağacını düzəltmək üçün sizə rəngli karton, qayçı, karandaş və yapışqan lazım olacaq. 
Yaşıl karton vərəgini yarıdan qatlayın.
Sonra şəkildə göstərdiyi kimi, şam ağacının cizgisini çəkin.
Kartonu bu cizgilərlə elə kəsin ki, kartonun hər iki tərəfi eyni zamanda kəsilsin.
4-cü şəkildə göstərdiyi kimi, hər iki hissədə qara xəttin üzəri ilə yarım xətt kəsin.
Kəsiklərin köməyi ilə şam ağacının hissələrini birləşdirin.
İndi siz şam ağacını bəzəyə bilərsiniz – onun üzərinə rəngli kağızdan kürəciklər, zərlər, qar dənəcikləri yapışdırın. Hazır məmulata sapdan qarmaq əlavə etsəniz, onu böyük şam ağacına asa bilərsiniz.