Bu maraqlıdır!

İşıq ili nə deməkdir?

İşıq ili-işığın bir il ərzində qət edə biləcəyi məsafədir. İşıq saniyədə 300000 km sürət ilə yayılır. Bu sürətlə hərəkət edən raket yerin ekvatoru üzrə bir saniyədə iyirmi beş dəfə dövr edə bilər. Astronomlar işıq ili ölçüsündən ulduzlar arasındakı məsafəni ölçmək üçün istifadə edirlər. Bu ölçüyə kosmik məsafə və ya ulduz məsafəsi də deyilir.