Tapmacalar

Canavar, keçi və kələm

Təsəvvür elə ki, sən balaca qayığı olan bir fermersən. Çayın bir tərəfindən digər tərəfinə canavar, keçi və kələmi keçirməlisən. Qayıq o qədər kiçikdir ki, səninlə yanaşı yalnız bir sərnişini daşıya bilər. Düşün, qurdu keçi ilə tərk etsən, qurd onu yeyəcək, keçini kələmlə qoysan, onda kələm yeyiləcək. Nə etməli?

 

Alındı?

 

Yaxşı, məncə sən hamısını çayın digər tərəfinə salamat keçirə bildin! 

 

İndi isə həllə bax, gör səninlə üst-üstə düşürmü?

 

 

 

Keçid keçinin daşınması ilə başlamalıdır.

Sonra qurdu götürüb, o tərəfə ötürürük.

Yenidən keçini götürüb özümüzlə geri qaytarırıq.

Keçini sahilə qoyub, kələmi götürürük.

Kələmi qurdun yanına qoyub, keçinin arxasınca gedirik.