Bu maraqlıdır!

Yer kürəsi necə yaranıb?

Bəzi alimlər belə fərziyyə irəli sürürlər ki, bir böyük ulduz Günəşin yanından keçərkən onunla toqquşub, Günəşin materiyasının bir hissəsi və həmin ulduz parçalanıb, onlardan planetlər, o cümlədən də Yer kürəsi yaranıb. Bir çox alimlərin irəli sürdüyü başqa fərziyyədə isə bildirirlər ki, Yer kürəsi və başqa planetlər kiçik buludlardan, tozlardan və qazlardan formalaşıb. Bu buludlar sıxlaşıb fırlanmağa başlayıb və nəticədə formalaşmış səma cismi günəşin orbitinə düşüb, tədricən soyuyaraq indiki formasını almışdır. Fərziyyəyə görə, bu, milyard illərlə çəkən uzunmüddətli proses nəticəsində baş vermişdir.