Təbiət

Meşələr və ağaclar haqqında maraqlı faktlar

1. Meşə - həqiqətən planetin ağciyəridir. Dünyada meşələr bütün torpaqların demək olar ki, üçdə birini əhatə edir.

 

2.Orta hesabla bir ağac ildə təxminən 100.000 m³ havanı süzərək karbon qazını udur və oksigen istehsal edir.

 

3.Ağaclar ömürləri boyu boy atırlar.

 

4.Hər il Yer kürəsi təxminən 100 000000 ağacını itirir.

 

5.Bir A4 vərəqinin istehsalına orta hesabla 15-20 qram ağac sərf olunur.

 

6.Dünyanın ən meşəli ölkəsi - Cənubi Amerikada yerləşən Surinamdır. Ərazisinin təxminən 98%-ni meşələr tutur.

 

7.Dünyanın ən sərt ağaclarından biri Rusiyada bitən  - Şmidt ağcaqayınıdır. Bu ağacı balta ilə kəsmək belə mümkün deyil.

 

8.Planetdəki bütün meşələrin təxminən dörddə birini tayqa təşkil edir.

 

9.Dünyada ən çox yayılmış yarpaqlı ağac növü - Ağcaqayındır.

 

10.Dünyadakı ən bahalı ağac növü – Mahoqanidir (Swietenia mahagoni).

 

11.Kalininqrad vilayətində "Sərxoş meşə" var. Bu meşə sahəsi bir kvadrat kilometrə yaxın ərazini tutur, burada şam gövdələri naməlum səbəblərdən çox qəribə şəkildə əyrilir.

 

12.Meşələri və ağacları olmayan yeganə qitə Antarktidadır. Amma qlobal iqlim dəyişikliyinə görə artıq orada “tundra” formalaşmağa başlayıb və yüz ildən sonra alimlərin fikrincə, orada ilk ağaclar görünə bilər.

 

13.Finlandiya ərazisinin 70 faizindən çoxu meşələrlə örtülüdür. Bura, bütün Avropanın ən ağaclarla zəngin ölkəsidir.

 

14.Böyük Britaniya isə meşə sahəsinə görə ən kasıbıdır. Burada meşə yalnız səthin 6% tutur.

 

15.Litvada təxminən 2000 il yaşı olan "Qoca" adlı ağac var.

 

16.Palıdın tacı ildə təxminən 1 metr böyüyür.

 

17.Sibirin demək olar ki, üçdə ikisi meşələrlə örtülüdür.

 

18.Dünyada insanlardan təxminən 60 dəfə çox ağac var.

 

19.Dünyanın ən nadir ağaclarından biri - Kanar şamıdır. Yalnız İspaniyaya aid Kanar adalarında və yalnız dəniz səviyyəsindən 1200 ilə 2000 metr yüksəklikdə bitir.

 

20.Dünyanın ən hündür ağacı Şimali Amerikadakı - Hyperion adlı sekvoyadır. Onun yaşı təxminən 2700 il, hündürlüyü isə 115,6 metrə çatır. Hyperion, yeri gəlmişkən, hələ də yavaş-yavaş böyüməyə davam edir.

 

21.Dünyada ən sürətlə böyüyən ağac – Pavlovniya (Adəm ağacı) ağacıdır. Pavlovniya ildə 2,5-3 metr böyüyə bilər.

 

22. Dünyada ən yavaş böyüyən ağac - ağ sidrdir. Kanadadakı bir qədim nümunə hətta bir növ rekord təşkil edib, demək olar ki, bir əsr yarım ərzində cəmi 10 sm böyüyüb.

 

23.Ağaclar qida maddələrinin onda doqquzunu atmosferdən, yalnız onda birini isə torpaqdan alırlar.

 

24. Meşədə insanın nəbzi dəqiqədə 15-20 döyüntü azalır, nəfəsalma daha hamar və sabit olur.

 

25.Dünyadakı bütün iynəyarpaqlı ağacların təxminən yarısı Rusiyada bitir.

 

26.Dünyanın ən hündür ağacları - Sekvoyalardır.

 

27.Təxminən 80 kiloqram təkrar emal edilmiş tullantı kağızı bir ağacı kəsilməkdən xilas edə bilər.

 

28.Bir milyon ağac təxminən 4 milyon ton kağız istehsal edir.

 

29.ABŞ illik kağız istehlakına görə dünyada 1-ci yerdədir.

 

30.Rusiyada meşəlik ərazilərin ümumi sahəsi təxminən 8,5 milyon kvadrat kilometrdir.

 

31.Planetimizdə oksigenin əsas payı meşələr tərəfindən deyil, yosunlar tərəfindən istehsal olunur - hər ikisinin payı müvafiq olaraq təxminən 20 və 80 faizdir.

 

32.İynəyarpaqlı ağaclar, yarpaqlı ağaclardan fərqli olaraq, bəzən kifayət qədər güclü meşə yanğınından da sağ çıxa bilirlər. Onların gövdəsi odadavamlıdır. Hətda, yannış və qurumuş ağaclar, kökləri çürüyənə və külək onları yıxana qədər daha 10 il və ya daha daha uzun müddət, yerində dayana bilirlər.

 

33.Ən dözümlü ağac – Şam ağacıdır. Onun müxtəlif növləri isti səhralardan tutmuş əbədi donmuş qayalıq ərazilərə qədər dünyanın hər yerində bitir. Şam ağacları hətta dağlarda, çılpaq qayalarda böyüyür, kökləri ilə onlara möhkəm yapışır.

 

34.Tundrada göbələklər ağaclardan daha hündürdür. Sadəcə, oradakı ağaclar - cırtdan ağaclardılar və boyları adətən 5-10 sm hündürlüyə kimi çatır.

 

35.Ağaclar göründüyündən daha güclüdür. Onların cücərtiləri hətta daş yığını, asfalt və betondan da keçə bilir.

 

36.Yer üzündəki ən qədim ağac orqanizmi - Şimali Amerikada Pando adlı klon qovaq koloniyasıdır. Artıq təxminən 80.000 il yaşı var, kütləsi 6000 tona çatır və 43 hektar ərazini əhatə edir. Pando, bir sıra xüsusiyyətlərə görə, tək bir orqanizmdir, üstəlik, həqiqətən də Yer kürəsində ən qədimdir.

 

37.Livan sidr ağacı - Livan ölkəsinin bayrağında əks olunur. Əslində burada demək olar ki, bu ağac növü qalmayıb - hamısı kəsilib.

 

38.Ağaclar həm torpaqdan, həm də atmosferdən qida alır, lakin onların həcminin yalnız 10%-i torpaqdan gəlir.

 

39.Bu günə qədər dünyadakı bütün elektrik enerjisinin təxminən 40% -i kömürün yandırılması ilə istehsal olunur. Belə primitiv enerji əsasən Afrika ölkələrində paylanır və bu, planetimizin meşələrinə xeyli ziyan vurur.

 

40.Bir çox ölkələr meşələrin qırılması ilə fəal mübarizə aparır. Ən çox meşələr Çin, Butan və Filippində əkilir.

 

41.Qətər, San Marino və Sudanda ümumiyyətlə meşə yoxdur.

 

42.Dünyanın ən böyük meşə sahəsi olan Sibir tayqasının sahəsi dünya ölkələrinin böyük əksəriyyətinin ərazisindən daha böyükdür.

 

43. Ağaclar həqiqətən istixana effektini azaldır.

 

44. Müasir tibbdə bütün dərmanların təxminən 20%-i Cənubi Amerikanın tropik meşələrində bitən bitkilərdən hazırlanır.

 

45.Yer üzündə mövcud olan bütün quru sürünən və məməli növlərinin təxminən yarısı meşələrdə yaşayır.