Bu maraqlıdır!

Astronomiya və astrologiya eyni şeydirmi?

Astronomlar ulduzları və planetləri öyrənirlər. Astronomlar onların hərəkətini izləyir və onların xüsusiyyətlərini qeyd edirlər. Astronomların köməkliyi ilə biz bilik ki, Ağ Yol nədir, günəş sisteminin neçə planeti var və Ay hansı dövrdə yerləşir. Astroloqlar isə belə hesab edirlər ki, ulduzların və planetlərin düzülüşü insan həyatına təsir edir. Astroloqların fikrincə, göy qübbəsində on iki bürc var ki, insan həyatına və taleyinə təsir edir. Astroloqlar bunu Zodiak bürcləri adlandırır.

 

Qoç, Buğa, Əkizlər, Xərçəng, Şir, Qız, Tərəzi, Əqrəb, Oxatan, Oğlaq, Sutökən və Balıqlar.

 

Hər bir Zodiak bürcü ilin müəyyən ayına uyğun gəlir. Astroloqlara görə insanın müəyyən bürc altında doğulması hər bir kəsin şəxsiyyətinə təsir edir.