Bu maraqlıdır!

Məişət cihazları nədir?

Ev işlərində bizə kömək edən, məişətdə bizim köməyimizə çatan elektrik cihazlarına məişət cihazları deyilir. Toster, paltaryuyan maşın, mətbəx plitəsi, soyuducu, mikser, şirəçəkən, sərinkeş və s. məişət cihazlarına aiddir. 


Məsələn, qabyuyan maşın çox xeyirli məişət cihazıdır. Onun 1940-cı ildə ixtira ediblər, o, boşqab, fincan, çəngəl və başqa qabları yumaq üçün istifadə edilir. Onun içərisinə çirkli qabları yerləşdirirlər və maşın təzyiqli su şırnağı vuran fırlanan böyük pərlər vasitəsi ilə onları yuyur.