Yumor

Allah o qədər də insafsız deyil

Harun – Ər – Rəşid xalq içərisində özünü öyüb deyir:


-Gərək siz mənə gecə - gündüz dua edəsiniz ki, mənim vaxtımda ölkədə vəba kimi qorxulu xəstəlik baş verməyib.


Bəhlul gülüb deyir:


-Ya xəlifə, Allah o qədər də insafsız deyil ki, bir ölkəyə iki bəlanı birdən verə. Səni bu ölkəyə xəlifə göndərib , elə bu kifayət deyilmi?