Dəniz çökəkliyi nədir?
Okeanların dibində dəniz və ya okean çökəklikləri adlanan nəhəng yarıqlar, böyük və çox dərin çalalar var. Okean dərinlikəri 4000 metrdən 6000 metrə qədər dəyişir, ancaq dərinliyi 11000 metrə qədər olan çökəklikləri də var.
Çökəkliklər sərt dağların yamacını xatırladan yamacı olan dar yarıqlardır. Ən böyük çökəkliklərdən biri Peru-Çili çökəkliyidir, onun uzunluğu 5900 km, dərinliyi isə 7600 metrdir. Ən dərin çökəklik Sakit okeanda Marian adalarının yanındakı 11034 metr dərinliyi olan Çellencer çökəkliyidir. 1960-cı ildə bu çökəkliyə batiskaf enib.
03.06.2022